“Təhsil müəssisələrində rus sektorunu bağlamaq fikrinə düşənlər, bir az keçmişə, bir az da gələcəyə baxsalar, yaxşı olardı”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Hikmət Hacızadə deyib.
SSRİ dövründə assimilyasiya təhlükəsi ilə qarşılaşdığımızı bildirən politoloq hesab edir ki, indi isə nə xalqımız, nə də dilimiz üçün belə təhlükə yoxdur:
“Rus məktəbləri cəmi məktəblərin 0.4%-ni təşkil edir. Bu 0.4% bizim dünyaya açılan pəncərəmizdir. Bunlar bağlansa, bizi nə gözləyir?
Baxın, bizdə Cənubda və bəzi Bakı kəndlərində artıq qız uşaqlarını məktəbə qoymurlar. Qismən sivilizə olunmuş seqment isə azalır. Kifayət qədər törəmirlər, xaricə qaçırlar”.
Hikmət Hacızadə dini radikalizmin qarşısını almaq üçün rus sektorunun saxlanılmasının tərəfdarı olduğunu bildirib.