27 Dekabr 2018 15:47
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəziləri şəxsi, ambisioz maraqlarını düşünərək, Qərbin müxtəlif ocaqlarına sığınaraq, hətta erməni mənbələrindən bəhrələnərək, Amerika Erməni Milli Assambleyasının və erməni diasporunun dəstəklədiyi mərkəzlərlə əməkdaşlıq edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdiyimiz bir dövrdə ölkəmizin müstəqilliyinə, dövlət quruluşuna, dövlətçiliyinə, inkişafına, dövlət başçısına, birinci vitse-prezidentə, ümumiyyətlə, dövlətimizin apardığı siyasətə və əldə etdiyi nailiyyətlərə qarşı müəyyən çıxışlar edir, sosial şəbəkələrdə hiddət doğuran videolar paylaşırlar”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib.

O qeyd edib ki, dünya təcrübəsində də belə hallar olub:

“Mustafa Kamal Atatürkün zamanında bir ziyalı baş geyimi islahatına görə Türkiyədən köçüb gedir. Atatürk bildirir ki, bir baş geyimi islahatına görə ölkədən gedən ziyalı bu ölkəyə, bu millətə lazım deyil. Bu gün Azərbaycanın böyük nailiyyətləri var. Ancaq ölkəmizin ərazi bütövlüyü problemi də mövcuddur. Qarşıda hələ böyük savaş durur. Biz ölkəmizi, dövlətimizi inkişaf etdirməliyik. Belə bir dövrdə sən ölkəni tərk edib, gedib Avropada oturub ordan hansısa şəxsi maraqlarına, ambisiyalarına, Avropada siyasi sığınacaq almağa görə öz ölkəni, xalqını, dövlətini təhqir edirsən, təhqiramiz ifadələr işlədirsən. Mən bu kimi halları tamamilə rədd edirəm, inkar edirəm. Xaricdən bizə dil uzadanlar azmış kimi, bunlar da bu tərəfdən coşublar, qızışıblar. Vətənin şərəfini, ləyaqətini müdafiə etmək, onu layiqincə təmsil etmək, milli birliyə xidmət etmək əvəzinə Azərbaycanı aşağılayır, ölkəmizin rəhbərliyinə dil uzadırlar. Bununla da orada “milli missiyaları”nı yerinə yetirmiş hesab edirlər. Bir sözlə, olduqca alçaq və şərəfsiz bir funksiya yerinə yetirirlər”.

Qeyd edək ki, ölkədə təqiblərə məruz qaldığını iddia edərək Fransaya qaçmış, burada şübhəli şəkildə “siyasi sığınacaq” almış Vidadi İsgəndərli adlı şəxs yaydığı videolarda aşırı təhqirlərə yol verir. Onun insanları zorakılığa, terrora çağırması, qeyri-konstitusion davranışa sövq etməsi suveren xalqın iradəsinə, demokratiya normalarına, habelə beynəlxalq qanunvericiliyə ziddir.

Fransada yaşayaraq Azərbaycanın dövlət institutları və simvollarını ən eybəcər formada təhqir edən, xalqı konstitusion quruluşu devirməyə çağıran Vidadi İsgəndərlinin qanunsuz və cinayətkar fəaliyyətinə hər hansı şəraitin yaradılması yolverilməzdir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər