28 Dekabr 2018 00:45
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 25 yaşlı bir gənc nümunəvi addım atıb. O, şaxta baba palatarı geyinərək öz hesabına Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyli günü münasibəti ilə yolda çalışan təmizlik işçilərinə bayram hədiyyəsi paylayıb.

Xezerxeber.az-ın məlumatına görə, bayram münasibətilə Ramal Şəmşədli və dostları xeyirxah aksiyaya başlayıblar. Onun sözlərinə görə, bu addımı atmaqda məqsədləri bayram ərəfəsində yolda təmizlik işçilərinin sevindirmək olub. Onlar müxtəlif məhsullar alaraq avtomobilə yığıb, yol boyu təmizlik işçilərinə hədiyyələr paylayıblar. Məhsulların alınmasına isə o, 2 min manat pul xərcləyib.

Alınan hədiyyə paketlərində gündəlik istifadə olunan məhsullar olub.

Ramal Şəmşədlinin sözlərinə görə, bu aksiyanı Novruz bayramında da davam etdirəcək. Artıq onun bu aksiya təşəbüsünə bəzi müğənnilər də qoşulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər