28 Dekabr 2018 14:13
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İllinois ştatının Çikaqo şəhərinin meri Rahm Emanuel tərəfindən 31 dekabr Çikaqoda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, ABŞ-da yaşayan, habelə bütün dünya azərbaycanlılarına ünvanlanmış bəyannamədə 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ölkəmizin Qafqazın əsas iqtisadi güc mənbəyinə çevrilməsi, regionda sülhü, sabitliyi, dözümlülüyü, multikulturalizmi, müxtəlif etnik mənsubiyyətlər arasında dialoqu təşviq etməsi vurğulanır.

Dünyada 50 milyon azərbaycanlının yaşadığı qeyd olunan bəyannamədə ölkəmizin ABŞ-ın müttəfiqi və tərəfdaşı olması, Çikaqoda yaşayan Azərbaycan icmasının bu şəhərin müxtəliflik, mədəniyyətlərarası anlaşma və rifahına töhfə verməsi alqışlanır, 2015-ci ildə bu icma tərəfindən yaradılan ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin ABŞ-Azərbaycan münasibətlərinin güclənməsinə xidmət etməsi təqdir olunur.

Çikaqo meri bütün çikaqoluları Azərbaycanın Həmrəylik Günü və mədəniyyətlərarası əlaqələri qeyd etmək üçün Azərbaycan icmasına qoşulmağa dəvət edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər