27 Avqust 2014 12:55
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda silahlı münaqişə zamanı hərəkətsizlik etmə, hadisəyə vaxtında müdaxilə edə bilməmə və cinayətkar əmr vermə ilə bağlı cəzaların sərtləşdirilməsi təklif olunur.

Milli Məclisdən Teleqraf.com-a verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 117-ci maddəsinə dəyişikliklər təklif olunur.

Təklif olunacaq dəyişikliyə əsasən, rəis və ya vəzifəli şəxs tərəfindən silahlı münaqişə zamanı tabeliyində olanlara bu Məcəllənin 115-116-cı maddələrində (Müharibə qanunlarını və adətlərini pozma) nəzərdə tutulan cinayətlərin qarşısının alınması məqsədilə öz səlahiyyətləri dairəsində bütün imkanlardan qəsdən istifadə etməməyə görə 8 ildən 15 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Hazırda bu cəza 5 ildən 10 ilə qədərdir.

Maddəyə edilən digər təklifə əsasən, döyüş bölgələrində heç kəsin sağ buraxılmayacağını bəyan etmə və ya bu barədə tabeliyində olan şəxsə və ya bu Məcəllənin 115-116-cı maddələrində nəzərdə tutulan cinayətlərin edilməsinə yönəldilən bilə-bilə cinayətkar əmr və ya sərəncam vermə isə 15 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırda isə bu cəza 10 ildən 15 ilə qədərdir.

Təkliflər layihəsinin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir.


Müəllif:

Oxşar xəbərlər