29 Dekabr 2018 16:17
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Başa vurduğumuz il Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi, bir sıra dövlətlərlə normal münasibətlərin formalaşmasının davam etməsi kimi yaddaşlarda qalır”.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə 2018-ci ildə Azərbaycanın xarici siyasətini şərh edərkən deyib.

Asim Mollazadə xatırladıb ki, başa vurduğumuz il eyni zamanda Azərbaycana qarşı ciddi informasiya müharibəsi ilə müşayiət olunub:

“Bizə qarşı müharibə ancaq səngərlərlə məhdudlaşmır. Ölkələrdə, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı təzyiq və hücumlar olur. Bu bir növ bizim müstəqilliyimiz, Qarabağ uğrunda olan müharibənin davamıdır. Bu istiqamətdə olan müharibədə də Azərbaycan öz mövqelərini möhkəmləndirməyə, daha çox dostlar tapmağa, dostlarla əlaqələri yüksək səviyyədə inkişaf etdirməyə nail olub”.

A.Mollazadə əlavə edib ki, 2018-ci il Azərbaycanın xarici siyasəti üçün fəal il olub:

“Biz bu il strateji layihələrimizi həyata keçirməkdə davam etmişik. Söhbət ilk növbədə nəqliyyat sistemində, enerji sistemində olan uğurlardan gedir. Bu da Azərbaycan üçün strateji mahiyyət daşıyır.

Demək olar ki, Azərbaycan qitələri birləşdirən coğrafi məkan mövqeyindədir. Üstəlik, 2018-ci il həm də bizim üçün tarixi ildir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini 2018-ci ildə qeyd edirik. Bununla Azərbaycan dünyaya Şərqin ilk demokratik dövlətini yaradan xalq kimi çıxış edib. Biz dəyərlərimizi dünya ilə bölüşürük”.


Müəllif: Cavad

Oxşar xəbərlər