Kanadalı alimlər qadınların orqazm olmama səbəbini ortaya çıxarıb.
Teleqraf.com ailem.az-a istinadən xəbəri verir ki, araşdırmaya görə, qadınlarda orqazm fiziki təmasdan çox, düşüncəylə bağlı olur. Yəni orqazm olmaqda çətinlik çəkən qadınlar seks zamanı daha çox erotik düşüncələrə köklənməlidir.
Orqazm olmamağın səbəbi isə qadınların qarşı tərəfdən bədəninin müəyyən bölgələrinin oyadılmasını gözləməsidir.
Araşdırmaya qatılan qadınlar arasında keçirilən sorğuda onların əksəriyyətinin seks zamanı erotik düşüncələrə deyil, bədənlərinə daha çox kökləndikləri ortaya çıxıb. Bu da orqazma mane olur.
Yaşla bağlı olaraq, orqazm ehtimalının artdığı da deyilir, çünki zaman keçdikcə qadınlar öz bədənlərini daha yaxşı tanımağa başlayırlar.