Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şirvan şəhərində vətəndaşları qəbul edib.
Teleqraf.com-un verdiyi məlumata görə, qəbulda Şirvan şəhəri, Salyan, Neftçala və Biləsuvar rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edib. Qəbul edilən 21 vətəndaşın müraciəti yerində öz həllini tapıb, bir sıra məsələlərlə bağlı müraciətlərlə əlaqədar qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 182, digər məsələlərlə bağlı müraciət etmiş 61 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.
/APA/