ABŞ-da mamonta aid 60 min illik qalıqların tapılması elm adamlarını bu nəsli kəsilmiş heyvanı klonlaşdırmaq üçün ümidləndirib .
Teleqraf.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, Texas ştatında fabrikin çınqıl quyusunda 60 min illik yunlu mamont skeleti tapılıb. Buz dövrünə aid olduğu hesab edilən skeletin, demək olar ki, hamısı yer üzünə çıxarılıb. 2.7 metr uzunluğunda bir skeletə sahib olan mamontun dişi olduğu ehtimal olunur. Paleontoloqların fikrincə, bu skeletin elmi işlərə çox böyük köməyi dəyəcək. İşi aparacaq elm adamlarının fikrincə, skelet üzərindəki işlər tamamilə bitdikdən sonra elmin bütün qaydalarını pozacaq.
Nəsli tükənən mamontları klonlaşdırmaq üçün görülən işlər onun bu vaxta qədər ən qədim mamont qalıqları olduğunu sübut edib .
Qeyd edək ki, bir neçə il əvvəl Sibirdə 43 min il əvvələ aid olan mamont qalıqları tapılıb .
Fidan Səfərli