Bu gün “Yeni Müsavat” qəzetinin redaksiyasında millət vəkilləri, baş redaktorlar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə çap mediasının vəziyyəti və qəzetin qorunub saxlanılmasının yolları müzakirə olunur. Eyni zamanda qəzetimizə abunə kampaniyası keçirilir.
Teleqraf.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu çap mediasını qoruyub saxlamağın vacibliyindən danışaraq, bunun üçün oxucuların abunə kampaniyasının başladılmasının vacibliyindən danışdı. O cümlədən, çap mediasının qorunması istiqamətində çıxış yollarını qonaqların müzakirəsinə verdi.
Çıxış edən Milli Məclisin deputatları Fəzail Ağamalı və Fazil Mustafa, tanınmış jurnalist, teleaparıcı İlhamiyyə Rza, Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov və "Teleqraf Holdinq”in baş direktoru Aynur Camal qəzetin ayaqda durması üçün öz tövsiyələrini səsləndirdilər.
Tədbir qonaqları müzakirə ilə davam edir.