Bir müddət əvvəl "Gəncə Cake House" şirniyyat istehsalı və satışı müəssisəsində antisanitar şəraitlə əlaqədar yayılan video ilə bağlı mediadan daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyin mütəxəssisləri müvafiq qaydada araşdırma aparıblar.
Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, araşdırmalar zamanı Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani, ev 33 ünvanında yerləşən "Gəncə Cake House" şirniyyat istehsalı və satışı müəssisəsinə baxış keçirilib və məhsullardan nümunə götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən baxış zamanı müəssisədə sanitar-gigiyena tələblərinə, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, texniki normativ sənədlərin tələblərinin pozulduğu aşkar edilib.
Aşkar olunan nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib.