22 Fevral 2019 13:59
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər Qusar Rayon Mərkəzi Xəstəxanasında üçəm doğulub.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, körpələr bu gün səhər saatlarında dünyaya gəliblər.

Qubanın 1-ci Nügədi kənd sakini, 36 yaşlı İlahə Həsənşah qızı Mirzəyevanın dünyaya gətirdiyi oğlan uşaqların çəkisi 2 kq 800, 2 kq 700 və 1 kq 800 qramdır.

Bu, İ.Mirzəyevanın ikinci doğuşudur. Qadın birinci dəfə evliliyindən 7 il sonra bir qız uşağı dünyaya gətirib. 2,5 il fasilədən sonra o, yenidən həkimə müraciət edib və müalicələrdən sonra hamilə qalıb.

Körpələrin və ananın vəziyyəti normaldır.

Xəstəxananın baş həkimi Mübariz Zeynalovun sözlərinə görə, bu son 3 ildə doğulan ikinci üçəmdir. Sonuncu dəfə üçəmlər 2017-ci ilin dekabrında hərbçi ailəsində dünyaya gəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər