1 Mart 2019 01:05
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Kirman vilayətində müşahidə edilən qum qasırğası ölkəmizdə müşahidə olunmayacaq.

Bu sözləri Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, günorta saatlarında zəif tozun miqdarının bir qədər artması müşahidə olunsa da, bu, İrandakı kimi dəhşətli olmayacaq.

Qeyd edək ki, “Trend” ötən gecə İranın mərkəzində yerləşən Kirman vilayətində qum qasırğasının olması barədə məlumat yayıb. Məlumatda qasırğa nəticəsində 25 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər