Dənizkənarı Bulvar İdarəsi paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı və əyləncəli şou proqramlarla zəngin “Doğma Bulvarda Novruz” adlı bayram proqramı təqdim edir.
Teleqraf.com-a xəbər verir ki, Kukla Teatrının arxasında yerləşən meydanda təşkil edilən bayram şənliyində bir-birindən maraqlı milli rəqslər təqdim edilir, musiqi nömrələri səsləndirilir.
Qeyd edək ki, martın 24-dək davam edəcək bayram tədbirində milli rəqs, Nağara şou, əl işləri üzrə ustad dərsləri təşkil ediləcək, həmçinin alovla şou nümayiş olunacaq. Xüsusilə, uşaqlar üçün maraqlı proqramlar nəzərdə tutulur – onları sevimli cizgi filmi qəhrəmanları ilə görüş, açıq meydanda gün ərzində bir neçə dəfə uşaq nağılları və kukla teatrı tamaşalarını izləmək imkanı qazanacaqlar.