3 Aprel 2019 19:09
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda məhkəmə hakimlərinin sayı 200 nəfər artırılacaq.

Teleqraf.com-un məlumatına görə, bu barədə Prezident İlham Əliyevin imzaladığı məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanda qeyd olunur.

Fərmana əsasən, məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 200 nəfər artırılacaq.

Ali Məhkəməyə məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlər görmək; ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətini gücləndirmək; məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmiş, sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizm yaradılması barədə təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tövsiyə edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər