10 Aprel 2019 10:53
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda soğan istehsalı 233 min ton təşkil edib ki, bu da 2017-ci ildə 25 min 503 ton çoxdur. Müqayisə üçün qeyd edim ki, 2013-cü ildə 158 min ton, 2016-cı ildə isə 178 min tona soğan tədarük olunub”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, ötən il əvvəlki ilə nisbətən istehsal artsa da ixrac azalıb:

“Yəni 2017-ci ildə ixrac 56 min 612 ton, 2018-ci ildə isə 40,6 min ton təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ölkəyə 2018-ci ilin 3 rübündə 246,5 ton, 2017-ci ildə isə 2188 ton soğan idxal olunub. İstehlak balansını (anbar qalığını 0 götürməklə) qurmaq üçün istehsaldan ixracı çıxıb üzərinə idxalı gələk. Bu hesablama göstərir ki, 2018-ci ildə 192 min 646 ton 500 kq, 2017-ci ildə isə 153 min 073 ton soğan daxili istehlaka yönəlib. Bu isə o deməkdir ki, hər adama 2017-ci ildə 15,6 kq, 2018-ci ildə isə 19,4 kq soğan yeyilib və yaxud da 2018-ci ildə 2017-ci illə müqayisədə 40 min ton çox soğan istehlak olunub.

Ölkədə ötən il əvvəlki illə müqayisədə niyə soğanın çox yeyilməsinin izahatını vermək çətindir. Əslində rəsmi rəqəmlərin təhlili göstərir ki, soğana tələbatın artımı qiymətin bahalaşmasında əhəmiyyəti rol oynayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər