12 Aprel 2019 11:10
393
12 Punto 14 Punto 16 Punto 18 Punto
Telekommunikasiya, Rabitə, Təhlükəsizlik və İnformasiya Texnologiyaları üzrə ixtisaslaşdırılmış beynəlxalq “TİBO-2019” sərgi-forumuna qatılıb. Ölkəmizin dövlət qurumları və özəl şirkətlərinin 15-ə yaxın təmsilçisinin daxil olduğu nümayəndə heyətinə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə rəhbərlik edib.
16 ölkədən 100 şirkətin nümayəndəsinin qatıldığı forum MDB və Baltikyanı ölkələrin ən böyük İKT tədbirlərindən biri hesab olunur. Azercell nümayəndələrinin də iştirak etdiyi bu sərgi texniki və biznes imkanlarını genişləndirmək üçün yeni əməkdaşlıqlar qurmaq, ən son texnoloji trendlərin müasir cəmiyyət həyatına sirayət edilməsi mövzusunda maraqlı təcrübələrdən bəhrələnmək baxımından böyük əhəmiyyət kəsb edir.
“TİBO-2019” sərgi-forumunda ölkəmiz Milli Pavilyonla təmsil olunur. Pavilyonda ölkəmizin İKT sahəsində əldə etdiyi nailiyyətlər nümayiş etdirilir. Vurğulamaq istərdik ki, ölkəmizin təmsil olunduğu pavilyon “Ən Yaxşı Stend” kimi təltif edilib.
Rəqəmsal aləmin yeniliklərini abunəçilər üçün əlçatan etməyi hədəfləyən Azercell beynəlxalq təcrübələrdən bəhrələnərək bu istiqamətdə fəaliyyətini daha da təkmilləşdirəcək.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1%-ni (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8%-ni əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Müəllif: Teleqraf.com

Oxşar xəbərlər