15 Aprel 2019 12:21
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda istifadəyə yararsız 150 kq heyvan cəmdəyi aşkar olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Teleqraf.com-a verilən məlumata görə, agentliyin və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Tovuz rayonu Qazqulu kənd ərazisində aprelin 15-i gecə saatlarında vətəndaşa məxsus 99-FH-137 dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirilib.

Baxış zaman avtomobilin yük hissəsində təxmini çəkisi 150 kq olan istifadəyə yararsız ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.

Aşkar edilən heyvan cəmdəyinə baxış keçirilərkən heyvanın baş nahiyəsinin kəsildiyi, qarın hissəsinin isə kəsilərək çıxarıldığı məlum olub. Həmin cəmdəkdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Bir daha vətəndaşlardan bu kimi şübhə doğuran hallarla bağlı məlumatları olduqda aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və Agentliyin 1003 nömrəli "Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər