17 Aprel 2019 11:45
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Problemli kreditlərlə bağlı məhkəmə işlərinin geri çağırılması barədə fərman dərc olunan kimi bütün işlər dayandırılıb. Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə işçi qrup yaradılıb və işlər görülür. Tövsiyəm budur ki, iddiaçılar gəlib iddia ərizələrini geri götürsünlər".

Teleqraf.com xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Tədbirdə çıxış edən Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Əsəd Mirzəliyev bildirib ki, problemli kreditlərlə bağlı məhkəmə işlərinin icraatı təxirə salınıb:

"Bu, bir bank üzrə deyil, bir vətəndaşın bütün banklarda olan kreditlərinin toplam məbləğinə aiddir. Buna görə də proses uzun vaxt aparır, bütün banklara sorğu verilir və vətəndaşın bir neçə bankda olan kredit məbləğinin 10 min dollardan artıq olub-olmadığı müəyyənləşdirilir".


Müəllif: Hacı Zeynalov