Milli Televiziya və Radio Şurasında (MTRŞ) yeni vəzifə yaradılacaq.
Bunu Şuranın Aparat rəhbəri Asəf Hacıyev deyib.
O bildirib ki, bu, MTRŞ sədrinin köməkçisi vəzifəsidir.
A.Hacıyev qeyd edib ki, həmin vəzifəni tutmaq üçün elan olunan daxili müsahibəyə sənəd qəbulu artıq başa çatıb: “Namizədlərlə bağlı məlumat Dövlət İmtahan Mərkəzinə təqdim olunub”.
Aparat rəhbəri qeyd edib ki, may ayının sonuna kimi MTRŞ sədrinə köməkçi təyin olunacaq./Report/