Yazıçı Ziya Səfərbəyov 5 illik fasilədən sonra oxucularına yeni “47-ci xromosom” adlı kitabını təqdim edib.
Teleqraf.com xəbər verir ki, kitab Azərbaycan və rus dillərində (“47-ая хромосома”) işıq üzü görüb.
Qeyd edək ki, Ziya Səfərbəyovun ilk kitabı 2012-ci ildə çap olunub. Müəllifin ilk “Мой проклятый мир” adlı kitabı ABŞ, İtaliya, İspaniya, Fransa və Almaniyada da işıq üzü görüb. Kitab eyni zamanda “Mənim lənətlənmiş dünyam” adı altında Azərbaycan dilində də oxuculara təqdim olunub.
Yazarın növbəti “Onu sevməyə məhkumam” adlı kitabı isə artıq ilk nəşrindən gənclərin diqqətini cəlb edib. Kitab bir neçə dəfə yeni tirajla oxucuların ixtiyarına verilib. 2014-cü ildə yazarın “Qullar” adlı kitabı Azərbaycan və rus dillərində oxuculara təqdim olunub. “Qullar” kitabı burada toxunulan fəlsəfi və psixoloji məsələlərə görə xüsusi diqqət cəlb edib.
Kitab bütün “Əli və Nino” kitab mağazalarında satışdadır.