9 May 2019 12:45
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanrıverdi Mustafayev bildirib ki, bayramla əlaqədar olaraq yenidənqurma işləri təxirə salınıb və bu gün elektrik enerjisinin verilişində fasilə yaranmayacaq.

***

11:17

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yarana bilər.

Bu barədə “Azərişıq” ASC-dən Teleqraf.com-a verilən məlumata deyilir.

Məlumata görə, saat 13.30-dan 16-00-dək "110 kv-luq Xırdalan hava xətti"ndə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Xırdalan şəhəri Quşçuluq massivi, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ - sol hissələrindəki həyət evlərinin elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yarana bilər.


Müəllif: Teleqraf.com