ABŞ xüsusi xidmət orqanının sabiq əməkdaşı Edvard Snouden vəkili Plato Kaçerisa müraciət edərək, onu ABŞ höküməti ilə əlaqələndirməsini xahiş edib. Snoudenin ABŞ höküməti ilə saziş bağlamaq niyyətində olduğu və vətəninə dönmək istədiyi qeyd olunur.
Teleqraf.com-un verdiyi məlumata görə, müraciət Kaçerisa hələ ötən yay göndərilsə də, yalnız indi ictimailəşib.
Danışıqların ilkin mərhələdə olduğu, razılığın hələlik əldə olunmadığı bildirilir.
Hazırda ABŞ xüsusi xidmət orqanının sabiq əməkdaşı Edvadr Snouden Rusiyada yaşayır. O, burada 2013-cü ildə bir illik müvəqqəti sığınacaq alıb.
Ülviyyə