24 May 2019 01:54
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünyanın nüfuzlu ulduz falı portalları "Horoscope" və "Astrology"yə istinadən günün qoroskopunu təqdim edir

Qoç - ünsiyyətlə zəngin gün olacaq. Lakin yaxın ətrafınızdakı insanlarla təmaslar o qədər də rahat olmayacaq. Sizə yeni işlər tapşırmaq istəyənlərlə yanaşı, yardımlarınızdan bəhrələnmək istəyənlər də var.

İnformasiya mübadiləsi və məlumatlardan yararlanın. Peşəkar fəaliyyətinizlə birbaşa əlaqəsi olan məsələlərlə məşğul olmaq üçün əlverişli zamandır. Eyni vaxtda bir neçə işlə məşğul olmalı olacaqsınız.

Günün ikinci yarısında nümayişkaranə müqavimət göstərməyin. Aldığınız xəbəri təhlil edin, faydalı məlumatları qulaqardına vurmayın.

Axşam saatları səhhətinizin qeydinə qalın.

Buğa - məqsəd və hədəfləriniz artdıqca yoldakı maneələrlə sədlər də ciddiləşir. Tələblərinizin sayını bir qədər azaldın, bəzi situasiyalarda güzəştə getməyi bacarın. Sizə rədd cavabı vermək istəyən adam fikrini dəyişə bilər.

Günün ikinci yarısında qərar qəbul edəndə üzdə olan variantı seçməyə tələsməyin. Situasiyanı hərtərəfli araşdırın. Hadisələr zəncirvari inkişaf edərək yaşamınıza yeni insanlar, ideyalar və planlar cəlb edə bilər.

Axşam saatlarında ziddiyyətli emosiyalar yarana bilər. Etiraf ehtiyacında birmənalı olmayan məqamlar aşkarlana bilər.

Sizdən sui-istifadə olunmasına yol verməyin.

Diqqətli və sayıq olun.

Əkizlər - kollektivdəki şərait qarşılıqlı yardımlaşma və əməkdaşlıq tələb edir. Peşəkar fəaliyyət prosesində yaranan ləngimələr və məhdudiyyətləri aradan qaldırın. Əks təqdirdə onlar yaxın vaxtlarda ciddi problemlərə çevrilə bilər.

Maraqlarınız yaxın ətrafınızdakı insanların planları ilə toqquşursa, ehtiyatlı davranın. Münaqişələri, fikir ayrılıqlarını aradan qaldırın.

Emosional olmayın.

Axşam saatlarında ciddi məsələni həll etmək mümkün deyil. Aktivliyin yeni mərhələsi ərəfəsində normal istirahət etməyi unutmayın.

Xərçəng - yeniliklər özləntisi, planların reallaşdırılmasında ərəfə istəkləri var.

Tələsməyin, düşünülməmiş addımlar atmayın. Mühüm xəbərləri gözləyin. Səbr və işlərdəki soyuqqanlılıq xoşagəlməz problemlərdən qurtulmağa yardım edər. Ünsiyyətinizi ümumi işlə məşğul olduğunuz insanlarla məhdudlaşdırın.

Günün ikinci yarısında ev işləri stressdən qurtulmağa imkan verəcək. Heç nəyi mürəkkəbləşdirməyin, çalışdığınız yerdə və yaşam arealında qayda yaradın.

Gərginliyə ehtiyac yoxdur.

Maraqlandığınız işlə məşğul olun.

Şir - yaxın ətrafınızdakı insanların planlarınıza müdaxilə etmələrinə imkan verməsəniz, çox işlər görmək olar. İşləriniz az deyil. Yığılıb qalmış məktublara cavab verin. Maraqlı məlumatlar ola bilər.

Günün ikinci yarısında tək qalmaq istəyəcəksiniz.

İdmanla məşğul olun. Bu zaman orqanizminizdəki endorfinlər sizə tam sakitlik qədər xoş təsir göstərəcək.

Axşam saatlarında köhnə dostlarla görüş əhvalınızı yaxşılaşdıracaq.

Qız - təşəxxüs və eqoizmdə heç bir xeyir yoxdur. Mühüm situasiyalara nəzarət sizdə olsa belə, həssas davranın.

Yaşanacaq hadisələr eqosentrizminizdə yanıldığınızı göstərəcək. İndiyədək sizə güzəştə gedən şəxs qəflətən müqavimət göstərə bilər. Yaxın ətrafınızdakı insanları diqqətlə müşahidə edin.

Günün ikinci yarısında təzyiqlə təkanlara əl atmayın, sözlərinizdə kateqorik və sərt olmayın.

Çətin situasiyada düzgün yolu müəyyənləşdirin. Tələsməsəniz, fayda əldə edə bilərsiniz.

Tərəzi - ayın sonunadək olan proseslərin ərəfəsi olan gündür. Əvvəlki günlərlə müqayisədə emosional gərginlik çoxdur. Yaxın ətrafınızdakı insanlar sizdən diqqət və yardım gözləyirlər. Belə gözlənti əsəbləri tarıma çəkə bilər.

Günün ikinci yarısında stressdən qurtulmaq üçün çalışın.

Sakit şəraitdə, tələsmədən işləyin. Problemlərin ilk siqnalları alınarsa, zəruri tədbirlərə əl atın, vəziyyəti harmonik edin.

Əqrəb - dəyərlər sisteminiz bu gün problemlər yarada bilər. Dəqiq seçim etməlisiniz. Günün uğurları və uğursuzluqları məqsədə doğru irəliləyişdə seçdiyiniz kursun müəyyənləşdirilməsindən asılıdır.

Günün ikinci yarısında seçim zərurəti yaranarsa, itki verəcəksiniz.

Hadisələri bir qədər qabaqlayın ki, daha ciddi problemlərlə qarşılaşmayasınız.

Dost məsləhəti faydalı ola bilər.

Axşam saatlarında yaxşı tanıdığınız insanlarla birlikdə olun.

Oxatan - əsas diqqəti işlərdə nizam yaradılmasına yönəldin. Maraqlarınız itkilər və çətinliklər olmadan gerçəkləşdirilə bilər. Qəfil qərarın təsiri altında maliyyə məsələlərinizlə bağlı düşünülməmiş addım atmayın.

Yaranacaq çətinliklər bundan sonra qarşılaşacağınız problemlərin carçılarıdır.

Münasibətlərinizin normada qalmasına fikir verin. Münaqişəyə səbəb arayanların toruna düşməyin. Aldığınız xəbərləri təhlil edin.

İfrat dərəcədə yorulana qədər çalışmayın.

Oğlaq - fəaliyyətdə məhdudiyyətlər yoxdur. Emosional baxımdan əhvalınız dəyişə bilər. Mənasız təşviş, səbəbsiz depressiya, baş verənlərin pis məcrada görünməsinə aludə olmayın.

Daxili durumunuzu təhlil etməyə çox vaxt ayırmamaq üçün çalışın.

Günün ikinci yarısında yaranan qayğılar müstəsna diqqət tələb edir. Problemlər həll olunmazsa və ya təxirə salınarsa, çat böyüyəcək, sonradan fəsadları aradan qaldırmaq daha da çətin olacaq.

Yaşananları ciddi şəkildə təhlil edin.

Dolça - iş həyatınızın yeganə mənası deyil. Bunu anlayın və bilin ki, işlərin bir hissəsi bilavasitə nəzarətiniz olmadan da yerinə yetirilə bilər. Qüvvə və imkanlarınızı daha ciddi layihəyə qorumaq üçün bəzi planlardan imtina etmək gərəkdir.

Günün ikinci yarısında hansısa məsələni həll edə bilmirsinizsə, situsiyaya kəskin müdaxilələr etməyin.

Hadisələrin öz məcrasında inkişaf etməsinə şərait yaradın.

Balıqlar - diqqəti cəlb etmək üçün əlahiddə addım atmağa səbəb yoxdur. Tələsik çalışmayın, sıçrayış üçün qüvvə toplayın. Sizə lazım olan məsələ əlahiddə səylər və zəhmətiniz olmadan həllini tapacaq.

Şərtlərin uğurlu durumu düzgün yolda olduğunuzu göstərəcək.

Sabah işləriniz çox olacaq və buna indidən hazırlaşın. Yaşamınızda qayda yaradın. Hadisələrin qəfil inkişafı, emosiyalar təbəddülatı istisna deyil.

Axşam saatlarında istirahət edin, dincəlin. Gərginlikdən qurtulun.

Milli.Az


Müəllif: Teleqraf.com