Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün iyunun 4-dən iyunun 6-na kimi Serbiyanın paytaxtı Belqrada səfərə gedecək.
Teleqraf.com xəbər verir ki, millət vəkili iclasda çıxış edəcək mövzu ilə bağlı fikirlərini səsləndirəcək.
Deputatımız iyunun 6-dan 8-nə kimi isə Fransanın paytaxtı Parisdə səfərdə olacaq. O, Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100-cü illiyi ilə əlaqədar Azərbaycanda qadın hərəkatına, qadın hüquqlarının tarixinə və perspektivlərinə həsr olunmuş elmi konfransda iştirak edecək.
Deputat Elşad Həsənov Avropa Şurası Parlament Assambleyasının Prosedur qaydaları komitəsinin iclasında iştirak etmək üçün iyunun 2-dən 4-nə kimi Fransanın paytaxtı Parisə səfər edecək. Millət vəkili komitə qaldırılan məsələlərə münasibətini bildirəcək.