8 Sentyabr 2014 17:13
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən avqust ayı ərzində bir sıra mehmanxanalara mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar”a və Nazirlər Kabinetinin 25.12.2006-ci il tarixli, 273 nömrəli “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə” qərarına uyğun olaraq, nazirlik avqust ayı ərzində bir neçə yerləşdirmə obyektlərinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verib. Həmin obyektlər Qax rayonundakı “Eden Park Hotel” istirahət mərkəzi, Gəncə şəhərindəki “Cinema Boutique” mehmanxanası, Binəqədi qəsəbəsindəki “Bulvar İnn” mehmanxanası, Xətai rayonundakı “Gəncəli Plaza” mehmanxanası, İsmayıllı rayonundakı “Qaya" istirahət mərkəzi, Baləkən rayonundakı “Balakən” mehmanxanasıdır.

Nazirlik avqust ayı ərzində turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verdiyi şirkətlərin də adını açıqlayıb. Belə ki, “Karvan Turism”, “ATT TRAVEL AZƏRBAYCAN”, “STİ Azerbaijan”, “Ayulduz”, “Palma-ENK”, “Breeze”, “Talıblı Travel” və “Qlobal” Məhdud Məsuliyyətli Cəmiyyətinə lisenziya verilib.

Naibə


Müəllif:

Oxşar xəbərlər