11 İyun 2019 14:17
1 542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayon polis şöbəsinin təşkilatçılığı ilə rayonun Tava kənd, Qubalıbaloğlan kənd, 9 saylı və 6 saylı tam orta məktəblərində “Narkotiklərə yox deyək!” ,“Erkən nikahın fəsadları” və “Dini radikalizm və ekstremizm” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Hacıqabul rayon polis şöbəsinin əməkdaşları ilə yanaşı, şəhər icra hakimiyyətinin nümayəndələri, təhsil şöbəsinin əməkdaşları, pedaqoji heyət və şagirdlər də iştirak edib.

Rayon polis şöbəsinin rəis müavini, polis mayoru Rüfət Quliyev çıxış edərək dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın gətirdiyi bəlalardan, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb.

Daha sonra erkən nikahın fəsadları mövzusuna toxuna Rüfət Quliyev erkən nikahın bu gün aktual mövzu olduğunu vurğulayıb.
O, qeyd edib ki, erkən nikahlar insanlarda psixoloji və fiziki fəsadlara yol açır.

Polis rəisinin müavini deyib ki, cəhaləti və xurafatı təbliğ etməyə cəhd edənlər var. O, bununla bağlı məktəbliləri xəbərdar edib, onların zərərli fikirlərindən uzaq olmağa, işıqlı fikirlərlə yaşayıb, təhsildə, idmanda yüksək nəticələr əldə etməyi tövsiyə edib.

Hacıqabul rayon polis şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis mayoru Kənan Zeynalov erkən nikah və onun fəsadları barəsində məktəblilərə məlumat verib. O, qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilmələrini onların təhsilinə, bir fərd kimi inkişafına mane olduğunu, o cümlədən psixologiyasına mənfi təsir göstərdiyini, gələcəyi üçün yaxşı heç nə vəd etmədiyini qeyd edib.

Polis mayoru rayondakı yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində aparılan işlər barədə söhbət açaraq keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər