12 İyun 2019 12:29
367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həssas məqamlarla zəngin geosiyasi zamanda belə bir tədbirin Bakıda keçirilməsi qürurvericidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini Bahar Muradova Bakıda Milli Məclisin təşkilatçılığı və ATƏT PA ilə yaxın əməkdaşlıq çərçivəsində keçirilən Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransında bildirib.

Onun sözlərinə görə, Bakı Parlament Platformasının yaradılmasında məqsəd ATƏT məkanındakı çağırışlar, xalqları vıə dini konfensiyaların qarşı-qarşıya qoyulması nəticəsində yaranan münaqişələrdir:

“Hərbi münaqişələr artıb, silahlar bizdən çox danışır. Cinayət və cinayətkarlıq heç bir sərhəd tanımır. Cənubi Qafqaz və nüfuzlu Avropa ölkələrinin iştirakı ilə belə təşəbbüslərin ortaya çıxması təsadüfi deyil. Bu Platforma gələcəkdə öz sıralarına daha çox üzvlər cəlb etməklə regionda təhlükəsizliyə daha böyük töhfələr verə bilər. Zərərçəkən ölkələrin ərazi bütövlüyünə təhdidlərə qarşı parlamentlərin mövqeyinin ortaya qoyulması vacibdir. Cənubi Qafqaz böyük enerji resurslarına, çevik nəqliyyat infrastrukturuna malikdir”.

O deyib ki, Platformanın əsas hədəflərindən biri ölkələrdə hökumətlərin fəaliyyətini təşviq etmək, energetika və nəqliyyat sahəsində əlaqələri genişləndirməkdir:

“Qlobal təhdidlərə qarşı gücümüzü birləşdirə, yeni ideyaları reallaşdıra bilərik. Cənubi Qafqazda münaqişələrin obyektiv araşdırılması ilə bağlı layihələrə də imza ata bilərik. Biz parlamentlər və xalqlar arasında dostluğa töhfə vermək üçün gedəcəyimiz yolun başlanğıcındayıq”.

B.Muradova qeyd edib ki, Platformanın Katibiyi Bakıda yerləşəcək.


Müəllif: Teleqraf.com