“Azərbaycan Respublikasının ikinci Prezidenti olmuş Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın vəfatı ilə bağlı ailəsinə başsağlığı verirəm”.
Teleqraf.com xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə deyib.
Deputat qeyd edib ki, Həlimə Əliyeva özünü cəmiyyətimizdə əsl Azərbaycan qadını kimi tanıda bilib və hörmət qazanıb:
“Onun dəfninin təşkilinin ölkə Prezidentimiz, cənab İlham Əliyevin diqqətində olması, mərhumun ailəsinə Birinci vitse-prezident hörmətli Mehriban xanımın başsağlığı verməsi, dəfn xərclərinin Heydər Əliyev Fondunun öz üzərinə götürməsi bu günki Azərbaycanın sivilliyini göstərir.
Bir Azərbaycan qadınına olan hörmət kimi Həlimə xanımın Bakıda yas mərasimində iştirak edəcəyəm”.