16 İyun 2019 08:33
1 879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dondurmanı tez-tez yemək yuxarı tənəffüs yollarının kəskin şəkildə soyumasına səbəb olur. Bu isə soyuqdəymə və kəskin respirator virus infeksiyalarına səbəb ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı həkim Andrey Tyajelnikov bildirib.

Onun sözlərinə görə, tənəffüs yollarında temperaturun kəskin dəyişməsi əlavə stressə də səbəb olur.

Andrey Tyajelnikovun fikrincə, soyuq içkiləri də birnəfəsə içmək ziyanlıdır: "Yayda suyu ilıq işmək vacib deyil. Sadəcə qurtum-qurtum içmək lazımdır ki, su ağız boşluğunda bir qədər isinsin".

Mütəxəsissin sözlərinə görə, isti havada adi su, çay, kompot içmək daha münasibdir. O, südlü kokteyl və şirin qazlı sulardan istifadənin məqsədəuyğun olmadığını da bildirib.


Müəllif: Nahid

Oxşar xəbərlər