9 Sentyabr 2014 15:23
704
12 Punto 14 Punto 16 Punto 18 Punto


Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 15 sentyabr - Bilik Günü ərəfəsində sağlamlıq imkanları məhdud iki və daha artıq məktəbli üzvü olan ailələrə maddi yardım ayırıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, ƏƏSMN-in müvafiq əmri ilə təsdiqlənmiş "2014-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı" çərçivəsində həyata keçirilən tədbir ümumilikdə 1535 ailə üzrə 3200 nəfər sağlamlıq imkanları məhdud məktəbli uşağı əhatə edir. Bununla əlaqədar ayrılmış vəsaitin aidiyyəti üzrə rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən qeyd olunan şəxslərin müavinət üzrə müvafiq bank hesablarına köçürülməsinə başlanıb.

Məlumat üçün bildirək ki, həmin ailələrdən 1411-i tərkibində 2 nəfər, 118-i tərkibində 3 nəfər, 6-ı isə tərkibində 4 nəfər sağlamlıq imkanları məhdud məktəbli uşaq olanlardır.


Müəllif:

Oxşar xəbərlər