22 İyun 2019 22:52
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bişkekdə Müstəqil Dövlətlər Birliyi Gömrük Xidmətləri Rəhbərləri Şurasının 69-cu və Gömrük İttifaqına üzv ölkələrin Birləşmiş Kollegiyasının 31-ci iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirlərdə Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistanın, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

İclaslarda gömrük orqanları sahəsində hüquqi təcrübə, malların vahid tranzit sistemi, elektron deklarasiya, malların yerdəyişməsi, sərhəddən keçən mallara vahid gömrük xidmətinin göstərilməsi və digər məsələlər müzakirə olunub.

Tədbirlərdə iştirakçı dövlətlər arasında azad ticarət zonasının yaradılması, MDB ərazisindən keçən tranzit qaydaları haqqında Sazişin, gömrük qeydiyyatı və nəzarəti qaydaları barədə Sazişin maddələrində dəyişiklik edilməsi ilə bağlı sənədlər təsdiq olunub.

Azərbaycan tərəfi bu sahədə ölkəmizin gömrük orqanında həyata keçirilən tədbirlər haqqında məlumat verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər