24 İyun 2019 16:48
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi qeyri-hökumət təşkilatları şər, böhtan, hədə-qorxu yolu ilə bizdən layihə almağa çalışır.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib. O bildirib ki, həmin şəxslər şər-böhtan atmaq əvəzinə layihə yazmağı öyrənməlidirlər:

“Bizdən şantaj, böhtan yolu ilə layihə almaq olmaz. Bizi şantaj etmək, haqqımızda yalan, böhtan xarakterli yazılar yazdırmaq əvəzinə, layihə yazmağı öyrənsinlər. Bunun üçün layihə yazmaq lazımdır, şantaj etmək yox. Layihə yaza bilmirlərsə, gəlsinlər, onlara layihənin necə hazırlanması ilə bağlı təlimlər keçək”.

A.Quliyev qeyd edib ki, şura ölkədə aparılan şəffaflığa, elektron hökumət quruculuğuna öz töhfəsini verməyə borcludur və bu istiqamətdə iş aparır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər