25 İyun 2019 16:31
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəkillər Kollegiyasının (VK) sabiq üzvü İradə Cavadovanın vətəndaş Könül Mürsəlovaya qarşı qaldırdığı mənəvi zərərin ödənilməsi ilə bağlı iddia ilə əlaqədar məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə keçirilən prosaesdə qərar elan olunub.

Qərara görə, Xəzər rayon Məhkəməsinin çıxardığı qərarı ləğv edilib.

Qeyd edək ki, ötən il Vəkillər Kollegiyasının rəhbərliyi Könül Mürsəlova adlı şəxsin şikayəti əsasında İiradə Cavadovanın vəkillikdən uzaqlaşdırılmasına qərar verib.

İradə Cavadova bundan sonra Könül Mürsəlovanı məhkəməyə verib.

Keçmiş vəkilin tələbində qeyd edilib ki, Könül Mürsəlovanın onun haqqında yazdıqları həqiqətə uyğun olmayan, işgüzar nüfuzunu ləkələyən məlumat kimi qiymətləndirilsin.

Bu əməlinə görə Könül Mürsəlova vurduğu mənəvi zərərin əvəzi kimi 1000 manat kompensasiya ödənilməsi istənilib.

Xəzər rayon Məhkəməsi bu iddianı qismən təmin edib.

Qərarda göstərilib ki, Könül Mürsəlovanın vəkil haqqında Vəkillər Kollegiyasına ünvanladığı teleqramda yazılanlar həqiqətəuyğun olmayan məlumat hesab edilib.


Müəllif: Hacı Zeynalov