24 İyul 2019 23:44
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış ictimai xadimi "Sisi" ləqəbli Seyhan Soylu FETÖ lideri Fətullah Gülənin ölüm ayağında olduğunu iddia edib.

Axar.az xəbər verir ki, bu barədə danışan Soylu hər 15 iyul günü Pensilvaniyada yerləşən Fətullah Gülənin malikanəsinin önünə gedərək etiraz aksiyası keçirdiyini bildirib.

Sonuncu dəfə malikanənin önünə getdiyi zaman qəribə durumla qarşılaşıb. Belə ki, o, Pensilvaniya Universitet Xəstəxanasının önündən keçərkən başı örtülü dua edərək ağlayan qadınları gördüyünü, ancaq buna elə də məhəl qoymadığını söyləyib. Daha sonra özü xəstəxanaya gedərək FETÖ başçısının yataq xəstəsi olduğunun şahidi olduğunu bildirib.

Qeyd edək ki, daha öncə də F.Gülənin öldüyü barədə xəbərlər yayılmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər