Bakıda ağacların qurudulmasına görə “Azərsu” ASC-yə protokol tərtib olunub.
Bu barədə Teleqraf.com-a Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Heydər Əliyev prospekti 103 A ünvanında ağacların qurudulması ilə bağlı nazirliyə daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma zamanı sözügedən ünvanda “Azərsu” ASC-yə məxsus binanın həyətində aparılan tikinti işləri zamanı ağacların qurudulduğu faktı aşkar edilib.
Faktla bağlı “Azərsu” ASC barəsində protokol tərtib olunub və toplanan materiallar məhkəməyə hazırlanır.