Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov sabah Türkiyədə fındıq məhsullarının istehsalı ilə bağlı təşkil olunan mərasimdə iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, fındıqçılıq üzrə ixtisaslaşmış bölgədə yerləşən Ordu şəhəri rəsmi mərasimi üçün tam hazırdır.
Mərasimə Türkiyə, Azərbaycan və Gürcüstan kənd təsərrüfatı nazirləri qatılacaq.
Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Bəkir Pakdəmirli, Azərbaycan Kənd Təsərrüfatı naziri İnam Kərimov və Gürcüstan Ətraf Mühitin Qorunması və Kənd Təsərrüfatı naziri Levan Davidaşvili arasında memorandum imzalanacaq.
Sənəd üç ölkə arasında fındıq məhsullarının yetişdirilməsində keyfiyyət, məhsuldarlıq kimi komponentlərin inkişaf etdirilməsi üçün lazımi texniki əməkdaşlığı təmin etmək məqsədi güdür.