9 Avqust 2019 15:42
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondu Nəsimi Rayon Şöbəsini məhkəməyə verən Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Azər Orucovun iddiasına baxılıb.

Teleqraf.com xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçiirlən prosesdə qərar elan olunub.

Qərara görə, Azər Orucovun iddiası təmin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Azər Orucov ötən ilin əvvəlində yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

O, pensiyasının miqdarından narazı olduğu üçün məhkəməyə müraciət edib.

Xatırladaq ki, Azərbaycanda məhkəmə hakimlərinin maaşı minimum 1500 manatdan başlayır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidov da pensiyasının artırılması üçün məhkəməyə müraciət edib.

O, Əmək və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Xüsusi şərtlərlə təyinat idarəsini məhkəməyə verib.

Məhkəmə iclasının vaxtı avqustun 22-nə təyin edilib və işə hakim Miminat Hacıbəyova baxacaq.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər