13 Sentyabr 2014 13:21
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vidadi İsmayılov çox abırlı, üzügülər, mədəni bir insan idi, heç zaman şikayətlənməzdi”.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə Xırdalanda baş vermiş partlayış nəticəsində dünyasını dəyişən jurnalist Vidadi İsmayılov haqqında xatirəsini paylaşarkən yazıb:

“Bu gün xəbər yayıldı ki, Xırdalanda baş vermiş partlayış nəticəsində xəsarət almış Vidadi İsmayılov dünyasını dəyişib. Vidadi “Aztelekom” İstehsalat Birliyində İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis vəzifəsində çalışırdı. Vidadini oradakı tədbirlərədən tanıyırıdım. Çox abırlı, üzügülər, mədəni bir insan idi, heç zaman şikayətlənməzdi.


Sonradan bildim ki, Qarabağ müharibəsi iştirakçısı imiş.

Allah sənə rəhmət eləsin, Vidadi. Tez getdin, dostların buna inana bilmir. Səni həmişə xatırlayacağıq”.


Müəllif:

Oxşar xəbərlər