15 Sentyabr 2014 00:59
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Azərbaycan sərhədində güclü yanğın baş verib. Xaçmaz rayonu ilə həmsərhəd olan Dağıstanın Məhərrəmkənd sərhəd-keçid məntəqəsi yanıb.

ANS TV-nin Qusar bürosunun məlumatına görə, keçid-məntəqəsinin bütün texniki avadanlığ və sənədlərlə birgə yandığı xəbər verilir. Rusiyanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunublar. Alovun qarşısını bir neçə saatdan sonra almaq mümkün olub. Alov Azərbaycan tərəfə keçməyib. Həmin keçid məntəqəsinin yaxınlığında yerləşən Xaçmaz rayon, Xanoba sərhəd-keçid məntəqəsinə heç bir ziyan dəyməyib.

Buna baxmayaraq bizim yanğınsöndürənlər hər ehtimala qarşı həmin əraziyə cəlb olunub. Həmin sərhəd-keçid məntəqəsində qarşı tərəfə keçən Azərbaycan vətəndaşları və əcnəbilər isə bundan sonra Samur və Şirvanovka buraxılış məntəqələrindən istifadə etməli olacaqlar.


Müəllif:

Oxşar xəbərlər