Tərtərdə yeni dərs ili ərəfəsində polis əməkdaşları tərəfindən şəhid, əlil və aztəminatlı ailələrin övladları ilə görüşlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, belə görüşlərdən biri də Tərtər rayon polis şöbəsinin təşkilatçılığı ilə 6 saylı tam orta məktəbdə baş tutub.
Görüşdə polis əməkdaşları qarşıdan gələn “Bilik Günü” münasibətilə balacaları təbrik edib, onların vətənə layiq, sədaqətli övlad kimi böyümələrini arzu edib.
Tədbirdə şagirdlərə məktəbli çantası və dərs ləvazimatları hədiyyə verilib. Valideynlər çıxış edərək onlara göstərilən qayğıya görə polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.