18 Sentyabr 2019 10:44
388
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəli” İctimai Birliyinin əməkdaşları İspaniyanın Mollina şəhərində keçirilən “Somewhere under the rainbow” adlı layihədə iştirak edir.

Teleqraf.com xəbər verir ki, layihənin təşəbbüskarı “İrəli” İB-nin əməkdaşlıq etdiyi “Youth for Exchange and Understanding” təşkilatıdır.

Layihənin mövzusu gənclərlə iş sahəsində, həmçinin qeyri-formal təhsildə yeni metod və üsulların öyrənilməsi və üzv təşkilatların gənclərlə işləyən şəxslərinə ötürülməsindən ibarətdir.

Bu layihə daha öncə Belçika və Serbiyada birinci və ikinci mərhələləri təşkil olunan “The Wonderful Wizards of Youth Work” layihəsinin son addımıdır.

10-dan çox ölkənin təmsil olunduğu layihədə “İrəli” İctimai Birliyinin baş katibi Şahin Rahmanlı və Beynalxalq əlaqələr üzrə katibi Diana Seyidova iştirak edirlər.

Qeyd edək ki, bu layihə eyni zamanda dünyanın 50-dən çox ölkəsindən iştirakçısı olan Gənclər və İnkişaf Universitetinin nəzdində təşkil olunur. Fəaliyyətə başlamasının 20 ili tamam olan Universitetin builki ana məqsədi gənclərin dünyada sülh və ədaləti yaratmasından ibarətdir.


Müəllif: Mənsur Rəğbətoğlu