14 Oktyabr 2019 15:06
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Salam Sarvan “Fikir” adlı ictimai birlik təsis edib.

Teleqraf.com-a açıqlamasında Salam Sarvan bildirib ki, təşkilat maliyyə məsələsində dövlətə və onun sənətlə bağlı layihələrə münasibətinə arxayındır.
Onun sözlərinə görə, təşkilatın həm saytının, həm də internet kanalının yaradılması nəzərdə tutulub.

Salam Sarvan gənclərlə, yoxsa yaşlılarla işləyəcəyi sualını belə cavablandırıb: “Biz istedadları, peşəkarları gəncinə və qocasına ayırmayacağıq. Ümumən, istedadın gənci olmur, ya da tərsinə, istedadın qocası olmur. Söhbət təkcə müsabiqələrdən yox, ümumən, Azərbaycanın sənət dəyərlərinin effektli, peşəkar təbliğindən gedir”.


Müəllif: Dəniz Pənahova