4 Noyabr 2019 11:53
347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun rus dilində çapdan çıxmış “Filosofiya prestupleniya i nakazaniya” (“Cinayət və cəzanın fəlsəfəsi”) kitabı Qırğıstanın Askar Salımbekov Fondu tərəfindən Qırğız dilində nəşr edilib.

Teleqraf.com xəbər verir ki, “Cinayət və cəzanın fəlsəfəsi” kitabı 2013-cü ildə Sankt-Peterburq şəhərində rus dilində çapdan çıxmış və 2014-cü ildə Azərbaycan dilinə tərcümə edilərək Bakı şəhərində, "Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən çap olunub.

Nəfis şəkildə nəşr olunmuş kitabda cinayət hüququnun cinayət və cəza ilə bağlı olan başlıca problemləri tədqiq edilmiş, cinayətin mənbəyi, cəzanın mahiyyəti, cinayətkarlığın, cəzalandırmanın gələcək məsələləri haqqında geniş şərh verimişdir. Kitab hüquq üzrə ali məktəblərin tələbələri, magistr və doktorantları, müəllimləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, cinayət hüququ sahəsində ixtisaslaşan nəzəriyyəçilər və praktiki fəaliyyətlə məşğul olan mütəxəssislər, eləcə də, filosoflar, sosioloqlar, psixoloqlar və cinayətkarlıqla mübarizə problemi ilə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər