5 Noyabr 2019 18:16
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev, şöbə müdiri Fuad Çıraqov və aparıcı məsləhətçi Ayaz Rzayev noyabrın 4-5-də Belarus Respublikasına səfər ediblər.

Bu barədə Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.

Səfərin ilk günü Belarus Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinin müəllim heyəti ilə görüşlər keçirilib. Görüş zamanı tərəflər arasında müntəzəm əlaqələrin təmin edilməsi və əməkdaşlığın təşviqi məsələləri müzakirə edilib.

Səfərin ikinci günü Belarus Strateji Araşdırmalar İnstitutu ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi arasında anlaşma memorandumu imzalanıb. Memorandumu BMTM sədri Fərid Şəfiyev və Belarus Strateji Araşdırmalar İnstitutunun sədri Oleq Makarov imzalayıb. İnstitutda keçirilən görüş zamanı Belarus-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, iki beyin mərkəzi arasında təcrübə mübadiləsi, iki ölkənin xarici siyasət prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Səfər çərçivəsində digər yerli ekspertlərlə görüşlər keçirilib, fikir mübadiləsi aparılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər