6 Noyabr 2019 20:04
3 798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Orfoqrafiya qaydalarına tez-tez edilən dəyişiklik haqlı olaraq insanlar, xüsusən qələm əhli arasında çaşqınlıq yaradır. Mübahisəli sözlərlə bağlı sosial şəbəkələrdə zaman-zaman müzakirələr açılır. Belə sözlərdən biri də kiminsə hakimiyyətinə tabe olmaq, itaət etmək mənasını verən sözlə bağlıdır.

Sözü gah “beyət”, gah “biət” gah da “biyət” şəklində yazırlar. Görəsən, bunlardan hansı doğrudur?

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Teleqraf.com-a açıqlamasında bildirib ki, söz “beyət” kimi yazılmalıdır: “Ərəb sözüdür, birinin hakimiyyətini qəbul edib boyun əymək mənasında işlənir. Bizdə apostrof işlənmir, ərəb və fars sözləri lüğətində apostrofla “beyət” formasında yazılıb. İmam Hüseyn yezidin hakimiyyətini, yəni beyətini qəbul etmir deyə onu öldürürlər, şəhid olur. Zaman-zaman ola bilsin, “i” hərfinin əvəzlənmə olub, biət şəklində yazılıb, amma tam məsuliyyətimlə deyirəm ki, doğru variant beyətdir”.
Onun sözlərinə görə, “beyət” sözündə heç bir dil norması pozulmayıb, mənbə dildə necədirsə, elə də verilib: “Ahəng qanuna da uyğundur, ona görə burada bir problem da yoxdur. Çoxişlənən söz deyil, daha çox dini kitablarda yazılır”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər