7 Noyabr 2019 12:46
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suyun keyfiyyəti ilə bağlı deyə bilərəm ki, biz əvvəllər 500 mənbədən su nümunəsi götürə bilirdik. Sonradan su nümunələri götürdüyümüz mənbələrin sayını 2300-ə, analizlərin sayını 172 minə çatdırdıq. Laboratoriya tikdiyimiz üçün problemli yerləri müəyyən etməklə suyun keyfiyyətini yaxşılaşdıra bildik. Deyə bilərəm ki, hazırda əhaliyə verilən su bütün standartlara cavab verir.

Teleqraf.com xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

O qeyd edib ki, şəhərin bütün nöqtələrində su tam nəzarətdədir:

“İctimai obyektlər, məktəblər, uşaq bağçaları müəyyənləşib. Digər mənbələr də daim nəzarətdə saxlanılır. Yalnız kooperativ binalarla bağlı bəzi problemlər qalmaqdadır. Məsələ ondadır ki, hər bir kooperativ binanın su anbarı ildə ən azı bir dəfə yuyulmalıdır. Çox təəssüf ki, onlar bunu diqqətə almırlar. Biz bununla bağlı Səhiyyə Nazirliyi ilə birgə iş aparırıq. Onu da demək istəyirəm ki, su istehsal edən şirkətlər bir sıra hallarda “Azərsu”nun suyunu anti-reklam vasitəsinə çeviriblər. Ancaq su filtrləri özü çirklənmə mənbəyinə çevrilib. Yaxınlarımızdan biri 20 litrlik su almışdı. Mənə dedi ki, sizin suyunuz çox keyfiyyətsizdir. Biz həmin əraziyə verilən suyu yoxladıq. Məlum oldu ki, kooperativ binadır, ora 5 ildir təmizləyici quruğu qoyulub, amma bir dəfə də onun filtrini dəyişməyiblər. “Azərsu" ASC suyun keyfiyyəti ilə bağlı bütün lazım olan işləri həyata keçirir”.


Müəllif: Səxavət