7 Noyabr 2019 17:58
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

9 noyabr - Bayraq günü münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən ölkə gənclərinin iştirakı ilə “İradənlə qalib gəl!” şüarı altında müxtəlif aksiyalar keçirilir.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın Teleqraf.com-a verdiyi məlumata görə, növbəti, "Bakı gözəl şəhər" adlı ekoloji təmizlik aksiyası noyabrın 8-dəakı şəhərinin Binəqədi, Qaradağ, Nizami, Suraxanı, Sabunçu, Xəzər rayonlarının gənclərinin iştirakı ilə keçiriləcək.

Aksiyada hər rayondan ümumilikdə 200-300 gəncin iştirakı gözlənilir.

Rayon Keçirilmə vaxtı Ünvan

Binəqədi rayonu 11.00- Süleyman Sani Axundov küçəsi 112
Qaradag rayonu 10.00- Lökbatan qəsəbəsi
Nizami rayonu- 11.00- Pəhlivan Fərzəliyev küçəsi
Suraxanı rayonu 11.00 Qaraçuxur qəsəbəsi, "Şərq" yaşayış sahəsi
Sabuncu rayonu 16.00 Nardaran qəsəbəsi
Xəzər rayonu 11.00 Şüvəlan çimərliyi

Qeyd edək ki, noyabrın 1-dən başlayan aksiyalar 9-dək davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər