8 Noyabr 2019 13:22
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qobustan Milli Tarix-Bədii Qoruğu xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə ziyarətçilərin təklif və rəylərini diqqətə almağa hazırdır.

Teleqraf.com-un xəbər verir ki, qoruq işin keyfiyyətinin yüksəldilməsi, xidmət təminatının yaxşılaşdırılması, hər kəsin maraq dairəsinə uyğun tədbirlərin təşkilini təmin etmək məqsədi ilə təklif və rəylər xidməti təşkil edir.

Sizin rəy və təklifləriniz işimizi daha da yüksək səviyyədə qurmaqla yanaşı, Sizlərə yaxın olmaq baxımından da önəmlidir. Bu mənada ünvanlayacağınız rəy və təkliflərinizi böyük məmnuniyyətlə nəzərə almağa hazırıq.

Təklif və rəylərinizi info@gobustan-rockart.az elektron poçt ünvanına göndərə bilərsiniz.


Müəllif: Teleqraf.com