15 Noyabr 2019 10:37
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmrlər imzalayıb.

Əmrə əsasən, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki İslam Hümbətov vəzifəsindən azad olunaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polis polkovnik Əlaslan Ağayev vəzifəsindən azad edilərək Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun (baş idarə səlahiyyətlidir) rəisi təyin olunub.

DİN-in Mətbuat Xitmətindən “Report”a fakt təsdiqlənib.

Qeyd edək ki, bir müddət əvvəl İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov isə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər